SON XƏBƏRLƏR

Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyə daxil olan rayonun ən ucqar yaşayış məntəqələrindən biri Şəvqo kəndində səyyar qəbul-görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 sentyabr tarixində Astara RİH-yə istinadən verir.

Görüş zamanı icra başçısı qeyd edib ki, kənddə ilk görüşü 3 il öncə olub. Kənd mürəkkəb relyefə malik ərazidə yerləşdiyindən uzun illər yol, işıq, məktəb problemləri olub. Lakin bu problemlər artıq öz həllini tapıb.

Sakinlər görülən işlərlə yanaşı, kəndə gələn avtomobil yolunun genişləndirilməsinə, mövcud ibtidai məktəbin ümumi orta məktəbə çevrilməsinə köməklik göstərilməsi barədə müraciətlər ediblər.

İcra başçısı məsələlərə münasibət bildirərək, həlli istiqamətində iş aparacağını vurğulayıb.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər