SON XƏBƏRLƏR

İcra başçısı Qəzənfər Ağayev Qarabağ müharibəsinin qazisi Samir Əliyevin qayğıları ilə maraqlanıb. Bu haqda bu gün, 23 dekabr tarixində Cenublu.az Astara RİH-yə istinadən xəbər verir.

Əliyev Samir Daşqın oğlu 1989-cu ildə rayonun Suparibağ kəndində anadan olub. Ailəlidir, bir övladı var. 2019-cu ildən müddətdən artıq hərbi xidmətçi kimi Azərbaycan Ordusunda xidmət edib. Vətən müharibəsi zamanı yaralanmış Samir Azərbaycanda müalicə olunduqdan sonra YAŞAT Fondunun dəstəyi ilə Türkiyə Respublikasına müalicəyə göndərilib.

Vətən Müharibəsi qazisi Samir Əliyev Prezidentin sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” azad edilməsi, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Qəhrəman döyüşçü Samir Əliyev keçdiyi döyüş yolundan, yaralanmasından, qızğın döyüşlər gedərkən həkimlərimizin onu həyatda saxlaması üçün fədakarlıqlarından danışıb.

İcra başçısı Qəzənfər Ağayev qazinin atası Daşqın Əliyevə Vətən üçün ləyaqətli, vətənpərvər övlad böyütdüyünə görə minnətdarlıq edib, igid döyüşçü Samirə tezliklə sağlamlığına qovuşmağı arzulayıb.