SON XƏBƏRLƏR

Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyə daxil olan Tüləküvan kəndində səyyar qəbul-görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 noyabr tarixində verir.

Görüş zamanı icra başçısı bildirib ki, Ojakəran-Tüləküvan-Təngərüd dairəvi avtomobil yolu yenidən qurularaq asfaltlanıb, yeni körpülər salınıb, kəndə təbii qazın verilməsi təmin olunub, elektrik xətt təsərrüfatının yenilənməsi və SİP kabellə təchiz edilməsi isə yaxın vaxtlarda başa çatdırılacaq.

Sakinlər görülən işlərlə yanaşı, Tüləküvan kənd tam orta məktəbi üçün yeni korpusun tikintisinə, məktəbin qazanxanasının qaz xəttinə qoşulmasına,  məhəllədə yeni transformatorun qoyulmasına, SİP kabelləşmənin tezliklə başa çatdırılmasına  köməklik göstərilməsini xahiş ediblər.

İcra başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərə münasibət bildirib və həlli barədə aidiyyəti üzrə tapşırıqlar verib.

Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon