SON XƏBƏRLƏR

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Təngərüd kənd sakinləri ilə görüşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 fevral tarixində verir.

Görüşdə sakinlər qəzalı vəziyyətdə olan elektrik dirək və naqillərinin dəyişdirilərək təsərrüfatın yenilənməsi, xəstəxana binasının əsaslı təmir edilməsi, yeni ibtidai məktəbin yaradılması, ayrı-ayrı məhəllə yollarının təmiri və asfaltlaşdırılması, suötürücü kanalın qazılması, kənndə yeni artezian quyusunun qazılması, sitrus meyvələri üçün tədarük anbarlarının yaradılması barədə təkliflər verib, xəstə uşağına pensiya təyin edilməsinə, ünvanlı sosial yardımın verilməsinə köməklik göstərilməsini xahiş ediblər.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib. O, həmçinin qeyd edib ki, qarşıdakı yaz-yay aylarında bəzi kənddaxili yolların asfaltlaşdırılması da planlaşdırılıb. Digər məsələlər də diqqətdə saxlanılmaqla tədricən həll olunacaq.

Cahit Bağçı
Aktual

Cənub zonasında yaşayan türk vətəndaşlarının nəzərinə

Cənub rayonlarında yaşayan türk vətəndaşları Türkiyədə keçirilən seçkilərdə iştirak edə biləcəklər. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 mart tarixində verir. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə açıqlamasında bildirib ki,