SON XƏBƏRLƏR

Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Şuvi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Sərək kəndində səyyar qəbul-görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 noyabr tarixində verir.

Qəbul-görüşdə rayonun inzibati orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

İlk öncə icra başçısı Sərək kəndində görülən işlər barədə məlumat verib. O, qeyd edib ki, elektrik xətt təsərrüfatında, Ərçivan-Şuvi avtomobil yolunda təmir işləri aparılıb, kəndin qaz təchizatı yaxşılaşdırılıb, hazırda Səlivə və Deqədi kəndlərində qaz xətlərinin çəkilişi başa çatmaq üzrədir. Mövcud əsas problemlərdən biri də Sərək kənd tam orta məktəbi üçün yeni binanın tikintisidir ki, bu da layihələndirilib. Yaxın vaxtlarda burada müasir layihə üzrə yeni məktəb binasının tikintisinə başlanılacaq.

Sakinlər görülən işlərlə yanaşı, Sərək kənd tam orta məktəbi üçün yeni binanın tikintisi, məktəbə odun yanacağının verilməsi, məhəllədə yeni transformatorun qoyulması, kənddə tibb məntəqəsinin açılması barədə təkliflər irəli sürüblər.

İcra başçısı vətəndaşlar tərəfindən verilən təkliflərə münasibət bildirib, həlli barədə aidiyyəti üzrə tapşırıqlar verib.

Həmçinin icra başçısı Səlivə kəndində böyük bir ərazidə, təqribən 150 hektarda yeni innovativ üsullarla aqrar bağ salındığını bildirib. Burada rayon üçün yeni olan meyvələr yetişdiriləcək. Həmçinin xeyli kənd sakini üçün yeni iş yerləri açılacaq.