SON XƏBƏRLƏR

Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Pəlikəş kənd inzibati ərazi dairəsi nümayəndəliyinin Diqo kəndində əhali ilə növbəti səyyar qəbul-görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 oktyabr tarixində verir.

Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak ediblər.

İcra başçısı qeyd edib ki, kəndin yol, işıq problemləri həllini tapıb, indi isə modul tipli ibtidai məktəbin tikintisinə başlanılıb. Rayon mərkəzindən xeyli uzaqda, dağlıq ərazidə yerləşən bir kənd üçün bunlar böyük işlərdir.

Əvvəllər rayon mərkəzinə gedib qayıtmaq bir günə başa gəlirdisə, indi bir günə Bakı şəhərinə gedib kəndə qayıtmaq mümkündür. Yol mədəniyyətdir, inkişafdır. Yol və işıq çəkiləndən sonra bu yerlərə turistlər gəlməyə başlayıb.

Kənd yeni tikililər hesabına yavaş-yavaş böyüyür. Bu yerlərin gözəl təbiəti, saf havası var. Turizm potensialı böyükdür. Yaxınlıqda bir şəlalə də aşkar edildi. Yol olmadığı üçün əvvəllər bu haqda heç bir məlumat yox idi. Bu, Azərbaycanda ən hündür şəlalələrdən biridir. Vaxt gələcək, həmin şəlaləyə qədər yollar genişlənəcək. Onda turist axını da artacaq.

 

Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon