SON XƏBƏRLƏR

Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Bala Şahağac kənd sakinləri ilə görüşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 yanvar tarixində verir.

İcra başçısı ilk növbədə kənddə görülən işlər haqda danışıb. O bildirib ki, kəndin qazlaşdırılması, yeni məktəb binasının tikintisi, kəndiçi əsas yolun işıqlandırılması və sair məsələlər ötən müddət ərzində görülmüş işlərdir.

Sakinlər isə öz növbələrində Bala Şahağac kəndindən Lənkəran şəhərinə marşrut xəttinin açılmasına, kənddə elektrik xətt təsərrüfatının SİP kabelləşməsinə, küçə işıqlandırılmasında istifadə olunan aylıq enerji haqqının ödənilməsinə, qəzalı vəziyyətdə olan elektrik dirəyinin dəyişdirilməsinə, balıq ovuna qanunsuz mane olan su polisi, ekologiya işçiləri və sərhədçilər barəsində tədbir görülməsinə, Bala Şahağac kənd ümumi orta məktəbinin tam orta məktəbə çevrilməsinə köməklik göstərilməsini xahiş ediblər.

İcra başçısı qaldırılan məsələlərə münasibət bildirərək həlli ilə əlaqədar idarə, müəssisə rəhbərlərinə tapşırıqlar verib.

 

Masallı lük
Yollarda vəziyyət

Masallıda açıq vəziyyətdə olan lük təmir olunub

Masallı şəhəri, H.Əliyev prospektində yağış suları üçün nəzərdə tutulan lükün açıq vəziyyətdə olması haqda məlumat vermişdik. Belə ki, Masallı şəhər İcra Hakimiyyətindən verilən məlumata əsasən, köhnə bazarın yaxınlığında, “Bank Respublika”nın