SON XƏBƏRLƏR

Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev növbəti səyyar qəbulu Asxanakəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyə daxil olan Azaru (Əzərüd) kəndində keçirib. Bu haqda məlumaı Cenublu.az bu gün, 13 oktyabr tarixində verir.

Görüşdə rayonun inzibati orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

İcra başçısı son illər rayonun ucqar dağ kəndlərində görülən işlərdən bəhs edərək qeyd edib ki, bu kəndlərin əsas problemi olan yol məsələsi həllini tapandan sonra sakinlərin işi xeyli asanlaşıb. Bu yoldan, həmçinin qonşu Lerik rayonunun bir neçə kəndinin də sakinləri istifadə edirlər.

Asxanakəran və Hamoşam inzibati ərazi dairələri üzrə nümayəndəliklərə elektrik xətti də əvvəllər Lerik rayonundan gəlib. Bu xətdə tez-tez qəzaların baş verməsi ilə bir neçə kəndin əhalisi qışda, qarda günlərlə işıqsız qalıb. Rayonun Siyaku kəndindən yeni yüksək gərginlikli elektrik xətləri çəkilməklə bu problem də həllini tapıb. Bundan  başqa,  Asxanəkəran, Motalayataq, Anbuba, Azaru, Hamoşam, Toradi kəndlərində qəzalı vəziyyətdə olan bütün ümumtəhsil məktəbləri üçün yeni müasir tipli binalar tikilərək müəllim və şagirdlərin istifadəsinə verilib.

Görüş zamanı sakinlər məhəllə yolunun genişləndirilməsinə, kəndə qaz xəttinin çəkilməsinə, qış aylarında yollardan qarın təmizlənməsi üçün texnikanın verilməsinə köməklik edilməsi barədə təkliflər səsləndiriblər.

İcra başçısı müraciətlərin müsbət həlli istiqamətində tədbirlərin görülməsi məqsədilə qaldırılan məsələlərin araşdırılması və qanunauyğun həlli üçün aidiyyəti üzrə tapşırıqlar verib.

 

Astara Burzubənd
Yollarda vəziyyət

Astarada şəhidin evinə gedən yol pis vəziyyətdədir

Astara rayonunun Burzubənd kəndinin yolu keçilməz vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 iyun tarixində verir. Sakinlər bildirirlər ki, şəhid Rövşən Ramazanovun evinə gedən yol pis vəziyyətdədir. “Bu yolu

Ələt-Astara yolu
Yollarda vəziyyət

Magistral yolda işıqfor işləmir

Köhnə Ələt-Astara magistralının Şiləvar kəndi ərazisindən keçən hissəsində artıq 4 gündür ki, işıqfor işləmir. Bu haqda məlumatı Cenublu.az bu gün,