SON XƏBƏRLƏR

Bu gün, 3 sentyabr tarixində Birinci Qarabağ müharibəsi şəhidi Elşən Hacıağa oğlu Məmmədovun mövlud günüdür.

Elşən Məmmədov 1975-ci ildə Astara rayonunun Siyatük kəndində anadan olub. O, dörd ay əsgərlikdə, bir ay isə hərbi təlimlərdə olduqdan sonra  Füzuli bölgəsinə göndərilib. Füzulinin Alxanlı, Aybasanlı, Seyidmahmudlu və digər kəndləri uğrunda gedən qanlı döyüşlərin iştirakçısı olub.

10 fevral 1994-cü il tarixdə Seyidəhmədli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.