SON XƏBƏRLƏR

10 noyabr tarixində günorta radələrində Hirkan Milli Parkının Astara rayonu ərazisində yanğın qeydə alınıb. Bu haqda məlumatı Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı paylaşıb.

Belə ki, baş vermiş yanğın nəticəsində təqribən 1 ha sahədə xəzəl və qurumuş ağac kötükləri yanıb. Yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğınsöndürmə işləri mürəkkəb relyef şəraitində aparılıb, əsasən əl əməyindən istifadə olunub.