SON XƏBƏRLƏR

Astara rayon Heydər Əliyev Mərkəzində “Şəhidlər ölməz, vətən bölünməz” mövzusunda onlayn videokonfrans keçirilmişdir. Bu haqda məlumat Astara rayon Gənclər və İdman İdarəsinin rəsmi Facebook səhifəsində paylaşılıb.

Astara rayon Heydər Əliyev Mərkəzi, Astara rayon Gənclər və İdman İdarəsinin, Astara  Pedaqoji Kollecinin, Z.Bünyadov adına Astara şəhər 2 saylı tam orta məktəbinin birgə təşkilatçılığı ilə keçirilən videokonfrans Vətən müharibəsinin anım gününün 1-ci ildönümünə həsr olunub.

Qeyd edək ki, konfransda mədəniyyət və təhsil işçilərində savayı, həmçinin şəhid Kamran Fərəcovun həyat yoldaşı Nuranə Fərəcova, şəhid Əli Feyziyevin həyat yoldaşı Afaq Feyziyeva, şəhid Nail Orucovun övladları Ruslan və Əlihəsən Orucov qardaşları və şəhid Səməd Kərimlinin anası Bahar Kərimova çıxış ediblər.