Şəhid Arif Qeybiyevin anası Rəna xanım Astara Pedaqoji Kollecində əmək fəaliyətinə başlayıb. Bu haqda məlumatı kollecin rəsmi səhifəsi verib.
Arif Qeybiyev 6 iyun 1997-ci ildə Astaranın Səncərədi kəndində dünyaya göz açıb. 2012-2016-cı illərdə Astara Pedaqoji Kollecinin idman fakültəsində orta ixtisas təhsili alıb. O. kross qaçışı üzrə üçqat Azərbaycan çempionu, Atletika üzrə gənclər arasında Azərbaycan çempionu, Avropa Olimpiya təsnifatı yarışlarının iştirakçısı, Yeniyetmələr arasında Respublika Birinciliyinin qalibi idi.
Tançı qəhrəmanımız Vətən müharibəsi zamanı minaya düşən dostunu- tankçı Mirahil Teymurlunu xilas etmək üçün öz tankından düşüb və düşmən snayperinin gülləsinə tuş gələrək şəhid olub.
Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.