SON XƏBƏRLƏR

Şəhid Pərvin Salmanzadənin məzarı doğum günü münasibəti ilə dövlət qurumlarının əməkdaşları tərəfindən ziyarət edilib. Bu haqda bu gün, 17 sentyabr tarixində Astara rayon Gənclər və İdman İdarəsinin rəsmi Facebook səhifəsində paylaşılıb.

30 yaşlı Pərvin Astara rayonunun Pensər kəndində anadan olmuşdur. Vətən müharibəsində “maxe” kimi iştirak edən Pərvin, 8 noyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalmışdır.

Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il  və 29.12.2020-ci il tarixli sərəncamlarına əsasən 6 medal ilə təltif olunmuşdur:

  • “Vətən uğrunda”,
  • “Cəsur döyüşçü”,
  • “Cəbrayılın azad olunmasına görə”,
  • “Füzulinin azad olunmasına görə”,
  • “Xocavəndin azad olunmasına görə”,
  • “Şuşanın azad olunmasına görə”.

Şəhid Pərvinin məzarının ziyarətindən sonra eyni məzarlığda olan Vətən müharibəsinin şəhidi, qəhrəmanlığına görə 15.12.2020-ci il sərəncamı ilə  “Vətən uğrunda” medalı ilə təltif olunmuş 19 yaşlı Səmədov Samir məzarı da ziyarət olunmuşdur.