SON XƏBƏRLƏR

Astara rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan Xalqının Ümummilli Lideri Ulu Öndər Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda Zoom proqramı vasitəsilə onlayn videokonfrans keçirilib. Bu haqda məlumat bu gün, 23 sentyabr Lənkəran Regional Mədəniyyət İdarəsinin rəsmi facebook səhifəsində paylaşılıb.

Videokonfrans Azərbaycan təhsilinin inkişaf mərhələlərində Heydər Əliyevin adına və fəaliyyətinə həsr olunub. Ölkəmizə rəhbərliyinin birinci dövründə – 1969-1982-ci illərdə çoxlu sayda məktəb binası tikilərək istifadəyə verilib, yeni ali təhsil müəssisələri açılıb, təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilib, lazımi avadanlıqla təchiz olunub. Onun təşəbbüsü ilə hər il yüzlərlə Azərbaycan gənci SSRİ-nin müxtəlif şəhərlərinə ali təhsil almağa göndərilirdi. Həmin gənclər Azərbaycan üçün çox vacib olan ixtisaslar üzrə təhsil alıb respublikamıza bacarıqlı kadrlar kimi geri qayıdırdılar.

“Təhsil millətin gələcəyidir” deyən Ulu Öndər Azərbaycana rəhbərliyinin ikinci dövründə – 1993-2003-cü illərdə dünya təhsil sisteminə inteqrasiyası üçün geniş imkanlar yaradıb. Xeyli sayda məktəb binaları tikdirərək, yeni dərsliklər hazırlatdırıb və şagirdlərə pulsuz paylanılıb.