29 iyul Astara rayonunda əməliyyat-axtarış tədbirləri nəticəsində metamfitamin “patı” satmaqda şübhəli bilinən Kənan Quliyev saxlanılıb. Bu barədə bu gün Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Araşdırmalar nəticəsində Quliyevə narkotik vasitəni satan şəxsin rayon sakini Murad Cümşüdlü olduğu müəyyən edilib. Çümşüdoğlu polis tərəfindən saxlanılıb. Onun yaşadığı evdən satış üçün olan bükmələrdə heroin və metamfitamin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.
İyulun 15-də Astara rayonunda keçirilən əməliyyat zamanı narkotik vasitələrin ölkə ərazisinə qanunsuz yollarla gətirilməsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Şıxəli Fətullayev saxlanılmışdır. Onun Astara rayonu ərazisində dağlıq və meşəlik sahədə gizlətdiyi yerlərdən ümumilikdə 5 kiloqram 385 qram heroin aşkar edilib.