Astara rayonu Hamoşam kəndinin həkimi Qəzənfər Qasımov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 noyabr tarixində verir.
Qeyd edək ki, Qəzənfər Qasımov 1939-cu ildə Astara rayonunun Hamoşam kəndində anadan olub. 7 illik təhsilini Hamoşam məktəbində, 10 illik təhsilini isə Əsxənəkaran kəndində alıb. Əmək fəaliyyətinə Əsxənəkaran kənd xəstəxanasında başlayıb. Daha sonra isə Toradi kəndində həkim məntəqəsində müdir və Hamoşam kənd xəstəxanasında həkim kimi çalışıb.