Astarada “Şanlı tariximizin zəfər səlnaməsi” mövzusunda tədbir keçirilib. Bu haqda bu gün, 3 noyabr tarixində Astara rayon Gənclər və İdman idarəsinin rəsmi Facebook səhifəsində paylaşılıb.
“Zəfər günü”nə həsr olunmuş vətənpərvərlik tədbiri çərçivəsində Astara RİH, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Astara rayon şöbəsi, Astara Rayon Təhsil Şöbəsi, Astara rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Şəhidlər Xiyabanı və Heydər Əliyev meydanı ziyarət edilib.
Tədbir iştirakçılar ziyarət zamanı büstlərin qarşısına əklik və güllər düzmüşdürlər.
Ziyarətin sonunda SHXÇDX-nin Astara rayon şöbəsinin rəisi, mayor Orxan Əhmədov tərəfindən “İgidliyə görə” medalı şəhid mayor Kamran Fərəcovun həyat yoldaşı Nuranə Fərəcovaya, “Döyüşlərdə fərqləndiyinə görə” medalı şəhid Nurlan Rəhimovun oğlu Əlövsət Rəhimliyə, “Laçının azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları Vətən müharibəsi veteranı Turan Həsınzadəyə, SHXÇDX-nin Astara rayon şöbəsinin “Fəxri fərmanı” Astara şəhər 5 saylı tam orta məktəbin GÇH üzrə müəllimi Cavid Babayeva təqdim olunmuşdur.