SON XƏBƏRLƏR

Astarada həmyerlisini bıçaqlayan şəxs 8 il müddətində azadlıqdan məhrum edilib. Bu haqda məlumat bu gün, 23 oktyabr tarixində Report verib.

Belə ki, 21 iyul 2020-ci ildə 27 yaşlı H.Şabanovun rayonun Bəndəsər kəndində yerləşən meşədə baş verən mübahisə nəticəsində 30 yaşlı N.Rüstəmova bıçaq xəsarətləri yetirib. Yaralı şəxs xəstəxanaya yerləşdirilib və onun həyatı xilas edilib.

Astara Rayon Prokurorluğuna daxil olan məlumata əsasən hadisə yerinə baxış keçirilib və H.Şabanova Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinib. Lənkəran Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə o, 8 il müddətində azadlıqda məhkum edilib.