Astara rayonu Siyətük kənd sakini xuliqanlıq zəminində ov tüfəngindən açdığı atəşlə həmkəndlisinə xəsarət yetirib. Bu haqda məlumatı AR Daxili İşlər Nazirliyinin rəsmi saytı verib.
Belə ki, Astara Rayon Polis Şöbəsinə Siyətük kənd sakini Ü.İmaməliyevin odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətlə xəstəxanaya gətirilməsi barədə məlumat daxil olub.
Keçirilən əməliyyat tədbirləri nəticəsində kənd sakini, əvvəllər məhkum olunmuş E.Məmmədovun qanunsuz saxladığı “İJ-26” markalı ov tüfəngindən Ü.İmaməliyevin ayaq nahiyəsinə xəsarət yetirməsi müəyyən edilib.
E.Məmmədov saxlanılıb. Ov tüfəngi və 6 ədəd patron maddi sübüt kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.