SON XƏBƏRLƏR

Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunu keçən “DAF” markalı yük nəqliyyat vasitəsində narkotik aşkarlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 sentyabr tarixində DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən verir.

Ölkəmizdən tranzit yolla keçməklə İran İslam Respublikasından Gürcüstana mal qismində minik maşını aparan yük nəqliyyat vasitəsinə  kinoloji baxış keçirilib. Xidməti itin avtomobilin qoşqusuna verdiyi reaksiya əsasında gömrük yoxlaması həyata keçirilib.

Yoxlama zamanı avtomobilin qoşqusunda olan minik maşınının yük yerində gömrük nəzarətindən gizlədilən, ağ rəngli salfet kağıza bükülü 1 ədəd bağlamada ümumi çəkisi 16 qram olan narkotik vasitə – tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.