SON XƏBƏRLƏR

Astara gəncləri üçün “Kəndimiz” adlı fotomüsabiqə keçirilir. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 oktyabr tarixində verir.

Belə ki, layihə çərçivəsində kəndinizdəki tarixi abidəni, füsunkar mənzərəni və ya yaşlı kənd sakinlərinin maraqlı görüntülərini çəkib qalib olmaq şansı qazanırsınız.

Müsabiqənin şərtlərinə görə:

  • Yalnız özünüzün mobil telefon və ya fotoaparatla çəkdiyiniz fotolarla müsabiqəyə qatılmaq mümkündür;
  • Çəkdiyiniz foto ilə birgə ad və soyadınızı, fotonun hansı kənddə çəkildiyini və əlaqə nömrənizini də yazaraq poçt ünvanına göndərin;
  • Fotolar üfüqi istiqamətdə çəkilməli, yazısız və loqosuz olmalıdır;
  • İnternetdən götürülən fotolardan istifadə etmək qadağandır;
  • Hər gənc müsabiqədə 1 foto ilə iştirak edə bilər;
  • Müsabiqə 14-29 yaş arası gənclər üçündür.

Tələblərə düzgün cavab verən fotolar seçilərək sosial şəbəkə hesablarımızda paylaşılacaq.

Yarışma davam etdiyi müddətdə “Facebook” və “Instagram” səhifələrimizdə ən çox müsbət reaksiya toplayan fotonun sahibi qalib elan olunacaq, qalibə nümayəndəliyimiz tərəfindən diplom və hədiyyə təqdim olunacaq.

Fotolarınızı göndərmək üçün son tarix: 31 oktyabr saat 15:00-dək.