SON XƏBƏRLƏR

Astara Rayon Dövlət Rəsm Qalereyasında 2 fevral – Gənclər Günü münasibətilə “Gəncliyin səsi” mövzusunda rəsm müsabiqəsinin nəticələri açıqlanıb. Bu haqda məlumatı Azertac verib.

Belə ki, Astara rayonunun ümumtəhsil məktəblərini və Astara Rayon Dövlət Rəsm Qalereyasını təmsil edən 25 istedadlı gəncin çəkdiyi rəsmlər münsiflər heyəti tərəfindən qiymətləndirilib.

I yerə Səncərədi kənd tam orta məktəbinin IX sinif şagirdi Elvira Fəriyeva;

II yerə Qazax Rayon Rəssamlıq Məktəbinin yetirməsi Fidan Hüseynli;

III yerə Astara şəhər 5 nömrəli tam orta məktəbinin X sinif şagirdi Ruhanə Hüseynzadə layiq görülüblər.

Rəsm müsabiqəsində fəxri yerlərə sahib olan və fərqlənən gənclərə Astara Rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları və hədiyyələri təqdim olunub.

Foto Azertac
Foto Azertac