SON XƏBƏRLƏR

Astara şəhərində “Vətənpərvərlik klubu” fəaliyyəti çərçivəsində “Vətənpərvərlik və təhsildə müvəffəqiyyətlər” mövzusunda görüş keçirilib. Bu haqda məlumatı Gənclərin İnkişaf və Karyera Mərkəzinin Astara nümayəndəliyi verib.

Belə ki, fəxri qonaq qismində millət vəkili, ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov və vətən müharibəsi qazisi, baş leytenant Rüfət Əsədullayev iştirak edib.

Görüş Astara Rayon İcra Hakimiyyəti, Astara Heydər Əliyev Mərkəzi, Astara Rayon Təhsil Şöbəsinin birgə tərəfdaşlığı ilə keçirilib.