SON XƏBƏRLƏR

Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) əməkdaşları Astara gənclərinə xilasetmə barəsində təlim keçiblər. Bu haqda məlumat bu gün, 3 dekabr tarixində Astara GİKM-nin rəsmi Facebook səhifəsində paylaşılıb.

Astara rayon DYMX və Gənclərin İnkişafı və Karyera Mərkəzinin təşkilatçılığı ilə gənclər xilasetmə barədə maarifləndiriliblər. Təlim zamanı gənclər xilasetmə avadanlıqları və alətləri ilə tanış olublar.

Yanğınsöndürən maşınlar haqda ətraflı məlumat verilən təlimdə gənclər yanğın zamanı lazım olarsa, necə düzgün xilasetmə ipini bağlamaq lazım olduğunu öyrəniblər.

“Mülki müdafiə” layihəsi çərçivəsində mütəxəssislər tərəfindən keçirilən təlimin sonunda xatirə şəkilləri çəkilib.