SON XƏBƏRLƏR

Gənclər və İdman Nazirliyi Astara rayonu Gənclər Evi sosial xidmət müəssisələrinin rəhbər vəzifələrinə sənəd qəbulu elan edib. Bu haqda məlumatı Azertac verib.

Gənclər Evinin direktoru vəzifəsinə ali təhsilli, iki ili gənclərlə iş sahəsində olmaqla, ümumilikdə üç il iş stajına sahib olan, minimum bir xarici dil bilən 35 yaşadək şəxslər müraciət edə bilərlər.

Müraciət zamanı fotolu CV (CV-də iddia edilən vəzifənin adı qeyd olunmalıdır), şəxsiyyət vəsiqəsinin və ali təhsil haqqında diplomun surətləri təqdim olunmalıdır. Sənədlər 12-25 yanvar elektron formada Gənclər və İdman Nazirliyinin [email protected] ünvanına göndərilməlidir. Müraciət olunan vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir.

Namizədlərin elektron poçt ünvanına müraciətlərinin qeydə alınmasına dair bildiriş göndərilir. Bütün müraciətlər nəzərdən keçirildikdən sonra yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Ünvan: Bakı, AZ1072, Olimpiya küçəsi, 4.