SON XƏBƏRLƏR

27 sentyabr Astara rayon gənclərin anım mərasimi və yürüşü keçirildi. Bu haqda məlumat Astara rayon Gənclər və İdman idarəsinin rəsmi Facebook səhifəsində paylaşılıb.

“Anım Günü” münasibətilə bir qrup fəal gənclər və idmançılar Astara şəhərinin “Şəhidlər Xiyabanı”nı ziyarət ediblər və Dənizkənarı Park Bulvar Kompleksində yerləşən Dövlət Bayraq Meydanında yürüş etdilər.

Yürüş iştirakçıları Vətən müharibəsinin Astara rayonundan olan 41 nəfər şəhidinin şəkilləri olan lövhə, “Dəmir Yumruq”, “Biz Qayıtdıq”, “Müstəqilliyimiz əbədidir”, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Müzəffər Ordumuz”, “Qarabağ Azərbaycandır” şüarları ilə Dövlət Bayraq Meydanına doğru irəlilədilər.

İştirakçılar saat 12:00 radələrində Vətən müharibəsi şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər. Tədbir Vətənpərvərlik mahnıları sədaları altında sülh rəmzi sayılan 41 göyərçinin səmaya buraxılması ilə yekunlaşdı.