SON XƏBƏRLƏR

Astarada “Gənc müəllim portreti” mövzusunda təlim keçirilib. Bu haqda bu gün, 25 sentyabr Gənclərin İnkişaf və Karyera Mərkəzinin Astara nümayəndəliyinin Facebook səhifəsində paylaşım edilib.

Pedaqoji ixtisaslar da təhsil alan tələbələr, müəllim olmaq arzusunda olan gənclər “İdeal müəllim necə olmalı”, “Yaxşı müəllim olmaq üçün nə lazımdır?” və s. kimi mövzuları müzakirə ediblər.

Təlimi “Fasilitator məktəbi” layihəsinin iştirakçısı, Astara şəhər 1 saylı tam orta məktəbin İngilis dili müəllimi Babək Rzazadə keçirdib.