SON XƏBƏRLƏR

Astara gömrük postundan, aksiz markası olmayan 5000 ədəd siqaret paçkası keçirtmək istəyiblər. Bu haqda məlumatı bu gün, 27 noyabr tarixində Report.az paylaşıb.

Verilən məlumata əsasən, Astara gömrük postunda İrandan gəlmiş yükdə rentgen qurğusunda yoxlamalar zamanı şübhəli cizgilər müşahidə edilib.

Təkrar yoxlama zamanı məlum olub ki, yazılı, şifahi və ya elektron formada bəyan olunmayan 5000 ədəd “Manchester” adlı siqaret aşkarlanaraq aidiyyatı üzrə təhvil verilib.