SON XƏBƏRLƏR

Gömrük Komitəsinin rəisi Səfər Mehdiyevin əmrinə əsasən, “Astara” Gömrük Postuna yeni rəis təyin olunub. Bu haqda məlumatı Cenublu.az Bizim.Media saytına istinadən xəbər verir.

Belə ki, Şimal ərazi Baş Gömrük idarəsi, “Samur” gömrük postunun rəisi Əliyev Eyvaz Qənbər oğlu vəzifəsindən azad edilərək “Astara” Gömrük Postuna rəis təyin olunub.

“Astara” Gömrük Postunun rəisi Mehdiyev Habil Sabir oğlu isə “Samur” Gömrük Postunda rəis kimi çalışacaq.