SON XƏBƏRLƏR

Astara gömrük postunda külli miqdarda narkotik vasitə keçirtmə cəhdi qeydə alınıb. Bu haqda bu gün, 3 dekabr tarixində Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev şəxsi Twitter hesabında paylaşım edib.

Verilən məlumata əsasən, gömrük orqanlarının keçirdikləri əməliyyat nəticəsində bu cür hal qeydə alınıb. Axtarış zamanı 137 kq-dan artıq narkotik vasitə heroin aşkar edilib.

Qeyd edək ki, Cenublu.az dekabr ayının 1-də Astara gömrük postunda narkotik vasitə keçirtmə cəhdini işıqlandırmışdır.