SON XƏBƏRLƏR

Bu gün hərbçilər Astara rayonu Heydər Əliyev Mərkəzində olublar. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 iyun tarixində adıçəkilən mərkəzə istinadən verir.

Dövlət Sərhəd Xidmətinin Lənkəran Sərhəd dəstəsinin kollektivi üçün Astara rayon Heydər Əliyev Mərkəzində ekskursiya təşkil edilib.

Mərkəzinin direktoru Kübra Səmədova ziyarətçilərə Azərbaycan xalqının Ümümmilli Lideri Heydər Əliyevin ömür yolunu əks etdirən fotoşəkillər, sənədlər, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Astara rayonuna səfərlərini əks etdirən fotoşəkillər haqqında məlumat verib.

Sonda xatirə şəkli çəkilib.

Foto Astara Heydər Əliyev Mərkəzinin rəsmi Facebook səhifəsi
Foto Astara Heydər Əliyev Mərkəzinin rəsmi Facebook səhifəsi