SON XƏBƏRLƏR

Astaranın Diqo kəndində yeni məktəb tikiləcək. Bu haqda məlumatı Təhsil Nazirliyi Report.az-ın sorğusuna cavab olaraq bildirib.

Belə ki, bu il Diqo kəndində modul tipli məktəb tikiləcəyini qeyd olunub.

Qeyd edək ki, son 5 ildə Astaranın ucqar dağ kəndlərində 9 modul tipli məktəb istifadəyə verilib.

Xatırladaq ki, Cenublu.az bu problem haqda paylaşım etmişdir.