SON XƏBƏRLƏR

Astarada qum qanunsuz şəkildə daşınır. Bu haqda bu gün, 25 mart tarixində Cenublu.az Baku.TV-yə istinadən xəbər verir.

Bu iddia ilə Astara sakini sosial şəbəkə hesabında görüntülər paylaşıb və aidiyyəti qurumlara müraciət edib. Belə ki, görüntüdə Xəzər dənizinin sahil hissəsində suyun çəkilməsindən sonra sahildə qazıntı işləri aparıldığı əks olunub.

Sakinlər hər gün müəyyən vaxtlarda yük avtomobillərinin əraziyə gəldiyini, dənizin qumunu daşıdığını qeyd edirlər. Videodan göründüyü kimi, sahildə xəndəklər qazılıb. Proses nəticəsində dəniz kənarında istirahət üçün əlverişli şəraitin məhv edildiyi bildirilib.

Həmçinin dənizin sahili Astaradan keçən dəmiryol xəttinə yaxın olduğuna görə, qumun daşınması xəttə də təhlükə yarada bilər.