SON XƏBƏRLƏR

Astara sularında FHN-in əməkdaşları xilasetmə əməliyyatları keçiriblər. Bu haqda bu gün, 13 iyul tarixində Cenublu.az FHN-ə istinadən xəbər verir.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Astara” sularında xilasetmə əməliyyatları baş tutub. Çimərliklərin xilasetmə məntəqəsinin ərazisində və 3 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub.