SON XƏBƏRLƏR

Azərbaycanda mövcud olan çay plantasiyalarının təxminən 26,4 faizi, istehsal olunan çayın isə 60 faizi Astara rayonunun payına düşür. Bu haqda 8 iyul Cenublu.az saytı AZƏRTAC-a istinadən məlumat verib.

Ümumilikdə 275,5 hektar çay ərazisi olan Astarada iyul ayına qədər 324,3 ton məhsul yığılıb. Bu keçən ilə nisbətən 80,2 ton çoxdur. Məhsuldarlıq isə 290 kq artaraq 1190 kq təşkil edib.

Hazırda rayonun çay plantasiyalarında yaşıl çay yarpağı yığımı davam edir.

Çayçılıq Astaranın ən gəlirli təsərrüfatlarından biridir. Rayonda çayçılıqın inkişafı əsas məqsəd kimi qoyulub.

“Azərbaycan Respublikasında 2018-2027-ci illərdə çayçılığın inkişafına dair Dövlət Proqramı”nın qüvvəyə minməsindən sonra Astarada çayçılıq inkişafı sürətlənib, çay plantasiyalarının əkin sahələri artırılıb.