SON XƏBƏRLƏR

Bu gün, 4 noyabr tarixində şəhidimiz Əli Bəyulla oğlu Cəfərovun ildönümü mərasimi baş tutub. Bu haqda məlumat Cenublu.az-a daxil olub.

Əli Cəfərov 29 avqust 1993-cü ildə Astara rayonunun Maşxan kəndində anadan olub. Maşxan kənd tam orta məktəbində təhsil alıb. Astara rayon Uşaq-Gənclər İdman Məktəbinin sərbəst güləşçisi olub. O, 2011-2013-cü illərdə Ağdamda hərbi xidmətdə kəşfiyyatçı olub. Vətən müharibəsinə 21 oktyabr könüllü olaraq qoşulub. Tərtər Əlahiddə Kəşfiyyat taborunun Xüsusi Təyinatlı kəşfiyyat bölüyü ilə düşmən arxasında uğurlu diversiya hücumları təşkil edib. Talış və Suqovuşan kəndlərinin, Murovdağ yüksəkliyinin alınmasında şücaət göstərmişdir və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.