Astara rayonunun bir sıra kəndlərinin sakinləri internet xəttinin olmamasından narahatdılar. Bununla bağlı onlar bu gün, 12 oktyabr tarixində Cenublu.az-a müraciət ediblər.
Belə ki, sakinlərin sözlərinə görə, Şıxımpeştə, Motalayataq və Anbuba kəndlərinə təqribi 5 il öncə telefon xəttləri çəkilib. Lakin çoxsaylı müraciətlərə baxmayaraq internet xəttləri hələ də yoxdur.
“Asxanakəran, Hamoşam bizim kənddən (Şıxımpeştə) yuxarıda yerləşir. Onlarda wi-fi var. Amma bizə neçə ildir ki, çəkilmir”- deyə bir sakin söyləyib.
“İnternetə girmək üçün ayda hərəmiz 15-20 manatlıq mobil internet paketi istifadə edirik. Bu rayon yeri üçün böyük puldu. İnternet çəkilsə bu xərclərdən azad olarıq” – digər sakin deyib.
“Şıxımpeştə kəndində 30-40 ev var. Hamımızda xəttlərin çəkilməsini istəyirik. Neçə dəfə müraciət etmişik, lakin konkret bir söz verilməyib” – kənd sakini söyləyib.
“Motalayataq və Anbuba kəndlərinin hərəsində 40-50-ə yaxın ev var. Bütün sakinlər xəttlərin çəkilməsinə razıdır. Lakin kimə və necə müraciət edəcəyimizi bilmirik. 1-2 dəfə müraciətimiz olunub, amma heç bir iş görülməyib”- deyə kənd sakinləri deyirlər.