SON XƏBƏRLƏR

Bu gün, 25 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsi şəhidi Sadiq Kamal oğlu Zeynalovun şəhadətə ucaldığı gündür.

Sadiq Zeynalov 19 sentyabr 1998-ci ildə Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub. 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.

Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sadiq Zeynalov 25 oktyabr Qubadlı döyüşləri zamanı şəhid olub.

Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.