SON XƏBƏRLƏR

Bu gün, 17 noyabr tarixində şəhidimiz Kənan Hacıyevin doğum günüdür.

Kənan Hacıyev 2001-ci ildə Astara rayonunun Motalayataq kənd inzibati ərazi dairəsi olan Anbuba kəndində anadan olub.

Vətən müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 6 oktyabr 2020-ci ildə Füzuli döyüşləri zamanı şəhid olub. Nəşi uzun müddət tapıla bilməyib. Noyabrın 9-da Kənan Hacıyevin şəhid olma xəbəri təsdiqlənib. Astara rayonunun Anbuba kəndində torpağa tapşırılıb.

Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”,  “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.