SON XƏBƏRLƏR

Bu gün, 14 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Tərlan Quliyevin anım günüdür.

Tərlan Mehman oğlu Quliyev 26 yanvar 2000-ci ildə Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub. Şəhid Natiq Kərimov adına 3 saylı tam orta məktəbi bitirib. Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 14 oktyabr 2020-ci ildə Füzuli döyüşləri zamanı şəhid olub. Astara rayonunda dəfn olunub.

Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.