SON XƏBƏRLƏR

Bu gün, 25 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Vətən müharibəsi şəhidi Samiq Rizvan oğlu Rəhmanovun şəhadətə ucaldığı gündür.

Samiq Rəhmanov 3 yanvar 1990-cı ildə Astara rayonunun Səncərədi kəndində anadan olub. 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, snayper vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət edib.

Aprel döyüşləri zamanı Samiq Rəhmanov snayper olaraq savaşıb.

Vətən müharibəsində Cəbrayılın, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərin iştirakçısı olub. 25 oktyabr Qubadlı döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.

Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

FHN Cənub Regional Mərkəzində gecə təlimi keçirilib
Aktual

FHN Cənub Regional Mərkəzində gecə təlimi keçirilib

Fövqəladə Hallar Nazirliyi əməkdaşları hazırlıq səviyyələrini mükəmməlləşdirmək məqsədilə təlimlər təşkil edib. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az FHN-ə istinadən xəbər verir. Cənub Regional Mərkəzində  “Subasma zamanı təhlükəli vəziyyətdə