SON XƏBƏRLƏR

Bu gün, 19 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Şəhnin Novruzovun şəhadətə ucaldığı gündür.

Şəhnin Şahlar oğlu Novruzov 3 fevral 1998-ci ildə Astara rayonunun Səncərədi kəndində anadan olub. 2004-cü ildə E.Ağayev adına məktəbdə təhsil almağa başlayıb. 2007-ci ildə təhsilini yarımçıq qoyaraq ailəsi ilə birgə Bakının Zirə qəsəbəsinə köçüb.

2016-2017-ci illərdə həqiqi hərbi xidmətdə olub. Vətən müharibəsi zamanı cəbhənin müxtəlif istiqamətlərində savaşıb. 19 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.