SON XƏBƏRLƏR

Bu gün, 23 noyabr tarixində Birinci Qarabağ müharibəsi şəhidi Natiq Məmməd oğlu Kərimovun doğum günüdür.

Natiq Kərimov 1975-ci ildə Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub. 22 aprel 1994-cü ildə hərbi xidmətə çağırılıb. Əvvəlcə Hacıqabulda, daha sonra Qusarda hərbi təlim keçərək Balakən rayonunda yol patrulu kimi fəaliyyətə başlayıb.

22 avqust 1994-cü ildə Birinci Qarabağ müharibəsi zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb.

Şəhidin oxuduğu Astara rayonunun Ərçivan qəsəbə 3 saylı tam orta məktəbinə onun adı verilib.