SON XƏBƏRLƏR

Bu gün, 27 oktyabr tarixində qəhrəman şəhid Rövşən Qardaşxan oğlu Ramazanovun şəhadətə ucaldığı gündür.

Rövşən Ramazanov 14 aprel 1995-ci ildə Astara rayonunun Burzubənd kəndində anadan olub. 2001-2012-ci illərdə Burzubənd kənd tam orta məktəbində təhsil alıb.

2013-cü ilin iyulunda Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətinə Ağcabədi rayonunun N saylı hərbi hissəsində başlayıb. 3 ay sonra Ağdam rayonunun N saylı hərbi hissəsinə göndərilib və xidmətini burada davam etdirib. 2015-ci ilin yanvar ayında xidmətini uğurla başa vurub. Hərbi xidməti dövründə PK silahının baş tuşlayıcısı olub.

Vətən müharibəsinə 9 oktyabr tarixində könüllü olaraq qatılıb. Cəbrayıl, Qubadlı və Xocavənd uğrunda döyüşlərdə savaşıb.

Rövşən Ramazanov oktyabrın 27-də Xocavənd rayonunun Cütcü kəndi ətrafında qəhrəmancasına vuruşaraq həlak olub. Astara rayonunun Burzubənd kəndində dəfn olunub.

Ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon