SON XƏBƏRLƏR

Bu gün, 15 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Rameş Gülverdi oğlu Zəkiyevin şəhadətə ucaldığı gündür.

Rameş Zəkiyev 27 iyun 2001-ci ildə Astara rayonunun Şahağac kəndində anadan olmuşdur. O,10 yaşı olanda atası Gülverdi Zəkiyevi itirib.

Orta məktəbi bitirdikdən sonra 2019-cu ildə hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmət müddətində Ağdam rayonunun Baharlı kəndində xidmət edib.

Vətən müharibəsində minaatan olaraq iştirak edən Rameş Ağdam istiqamətində gedən döyüşlərdə vuruşub. 15 oktyabr 2020-ci ildə səhər saatlarında Ağdam rayonunun Hacıməmmədli kəndində minaatan mərmisinin düşməsi nəticəsində 2 döyüşçü yoldaşı ilə birgə həlak olub. Onun cənazəsi 20 oktyabr 2020-ci ildə doğulub boya-başa catdığı Astara rayonunun Şahağac kəndinə gətirilib və dəfn olunub.

Ölümündən sonra “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub.