SON XƏBƏRLƏR

Bu gün astaralı psixoloq, əslən rayonun Şiyəkəran kəndindən olan Elnur Rüstəmovun doğum günüdür.

Elnur Rüstəmov Bakı Dövlət Universitetinin Sosial elmlər və Psixologiya fakültəsinin məzunudur. AMEA-nın Fəlsəfə İnstitutunda aspiranturanı bitirib. Hazırda da həmin institutun Sosial psixologiya şöbəsində kiçik elmi işçi kimi çalışır.

Rüstəmov Azərbaycan Dövlət Dənizçilik Akademiyasında, Azərbaycan Dövlət Texniki və Xəzər Universitetlərində pedaqoji fəaliyyətlə məşğul olub. Regional Psixologiya Mərkəzinin rəhbəri kimi çalışıb. O, “Narınc” Uşaq Psixologiya Mərkəzi yarandığı gündən orada psixoloq olaraq işləyir. 2010-cu ildən 2018-ci ilə qədər Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri olub. 2018-ci ildən Psixologiya Elmi Tədqiqat İnstitutunun sədridir. Çoxsaylı beynəlxalq konfrans və seminarların iştirakçısıdır. Rusiya Professional Psixoterapevtik Liqasının üzvü və Azərbaycan nümayəndəliyinin rəhbəridir.

“X lady”, “Karl Yaspers fəlsəfəsində ünsiyyət problemi” elmi monoqrafiyalarının, “Psixoloji məsləhətə giriş” (Nərmin Quliyeva ilə birgə) dərs vəsaitinin müəllifidir.

Elnur Rüstəmov psixoloq Narınc Rüstəmova ilə ailəlidir. Onların iki övladı var.