SON XƏBƏRLƏR

Bu gün, 31 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsi şəhidi Nail Rəfail oğlu Orucovun şəhadətə ucaldığı gündür.

Nail Orucov 11 iyun 1978-ci ildə Astara rayonunun Məsçitməhəllə kəndində anadan olub. 1995-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edən Nail Orucov 2016-cı ildə ehtiyata buraxılıb.

Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 31 oktyabr 2020-ci ildə Qubadlı döyüşləri zamanı şəhid olub. Astara rayonunda dəfn olunub. Ailəli idi. Üç övladı Vətənə yadigar qalıb.

Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.