SON XƏBƏRLƏR

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Nihad Əhmədovun anım günüdür.

Nihad Fuad oğlu Əhmədov 7 sentyabr 2000-ci ildə Astara rayonunun Alaşa kəndində anadan olub. 2015-ci ildə Alaşa kənd ümumi orta məktəbinin 9-cu sinfini, 2017-ci ildə Səncərədi kənd tam orta məktəbini bitirib. Həmin il Azərbaycan Dövlət Texniki Universitetinin nəzdində olan Rabitə və Nəqliyyat Kollecinin Poçt rabitəsi şöbəsinə daxil olub.

3 oktyabr 2018-ci ildə həqiqi hərbi xidmətə çağırılıb, təmas xəttində düşmənlə üzbəüz Tərtər bölgəsində yerləşən N saylı hərbi hissədə xidmətə başlayıb. 2020-ci ildə xidməti borcunu layiqincə yerinə yetirən Nihad Əhmədov hərbi peşəyə marağı olduğundan müddətdən artıq xidmətə başlayaraq Goranboyda, “Həmlə” taborunda xidmətə başlayıb.

Vətən müharibəsi zamanı Tərtərin (1992-ci ilə qədər Ağdərə rayonu ərazisinə aid olub) Talış kəndindən başlayaraq Murovdağ zirvəsinin, Suqovuşanın azad olunmasında, Zəngilanın, Kəlbəcərin və “Pişikqaya” deyilən strateji əhəmiyyət daşıyan yerin alınmasında igidlik göstərmişdir.

10 oktyabr 2020-ci ildə Suqovuşanın alınması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Onun nəşi 11 oktyabr 2020-ci ildə doğulub

boya-başa çatdığı Alaşa kəndində torpağa tapşırılıb.

Ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.