Bu gün Aprel döyüşləri zamanı şəhadətə ucalmış igidimiz Pəncəli Teymurovun doğum günüdür. Bununla bağlı bu gün, 24 mart tarixində Cenublu.az xəbər verir.
Pəncəli Teymurov Nurməhəmməd oğlu 1981-ci il martın 24-də Astara rayonunun Əzərüd kəndində anadan olub. İgidimiz, Astara rayonu B.Rüstəmov Asxanakəran tam orta məktəbində orta təhsil alıb. 1999-cu ildə hərbi xidmətə yollanan Pəncəli Teymurov hərbi xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnib və hərbi hissənin ən mahir kəşfiyyatçısı olub. Hərbi xidməti başa vurduqdan sonra Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taboruna keçib və 17 il Azərbaycan ordusunda şərəflə xidmət edib.
Xüsusi təlimlərdə iştirak etmiş igidimiz “Qoca Qurd” ləqəbini qazanmışdır.
2016-cı il 2 aprel tarixində başlamış Aprel döyüşlərində iştirak edib. Çoxlu sayda düşməni məhv edən Teymur 3 aprel 2016-cı ildə qəhrəmancasına şəhid olub.
Təltifnamə və fəxri fərmanlarının sayının ucu bucağı olmayan igid Pəncəli Teymurovun mükafatları:
- Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi yubiley medallı 25 iyun 2007-ci il
- Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi medallı – 26 iyun 2008- ci il
- Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi medallı 26 iyun 2013-cü il
- Qüsursuz Xidmətə görə 3-cü dərəcəli medallı 26 iyun 2010-cu il
- Qüsursuz Xidmətə görə 2-ci dərəcəli medallı 2 iyul 2014-cü il
- Türkiyə Cümhuriyyətinin Xüsusi Təyinatlı Qüvvlələrinin “Qızıl Bayraq” medallı 20 yanvar 2014-cü il
- Hərbi Xidmətdə Fərqlənməyə görə 3-cü dərəcəli medallı 17 fevral 2015-ci il
- “İgidliyə görə” medalı
Əlavə olaraq, Pəncəli Teymurov 8 Fəxri Fərman, Türkiyə Cümhuriyyətinin Xüsusi Təyinatlı Qüvvlələri tərəfindən bir sıra mükafatlar və tərifnamələr ilə təltif edilib. Aprel döyüşlərindəki misilsiz şücaətinə ölümündən sonra “Vətən uğrunda” medalına layiq görülüb.