Bu gün, 19 oktyabr tarixində astaralı şəhid Rəşad Eyvazovun şəhidlik zirvəsinə ucaldığı gündür. Bu haqda məlumat Astara rayon Sım kənd Folklor evinin rəsmi Facebook səhifəsində dərc edilib.
Şəhidimizin ildönümü ilə bağlı onun məzarını Sım kənd Folklor evinin kollektivi, Diqo kənd Folklor klubu və Sım kənd Kitabxanasının əməkdaşları ziyarət edib.
Qeyd edək ki, Rəşad Eyvazov 20 iyul 2002-ci ilə Astaranın Pəlikəş kəndində anadan olub. 18 yaşlı əsgər 44 günlük Vətən müharibəsində Füzulinin, Cəbrayılın və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə vuruşub. 19 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Ölümündən sonra, “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.